“Gimnastlarımız maksimum güclərini göstərəcəklər” - Nəzrin Cəfərzadə İDMAN.BİZ-ə DANIŞDI

Xəbərlər
25 Sentyabr 2025 15:17
61
“Gimnastlarımız maksimum güclərini göstərəcəklər” - Nəzrin Cəfərzadə İDMAN.BİZ-ə DANIŞDI

III MDB Oyunlarına sayılı günlər qalıb.

Azərbaycan bədii gimnastika millisinin məşqçisi Nəzrin Cəfərzadə komandanın yarışda uğurlu çıxış perspektivləri barədə İdman.biz-ə danışıb.

Mütəxəssis bildirib ki, yığma yarışda həm fərdi proqramda 4 gimnastla, həm də qrup hərəkətləri üzrə heyətlə təmsil olunacaq: "Əminəm ki, gimnastlarımızın hamısı layiqli nəticə üçün maksimum güclərini ortaya qoyacaq, baxmayaraq ki, rəqiblərimiz Rusiya, Belarus, Özbəkistan və Qazaxıstan kimi güclü idmançılardır”.

Nəzrin Cəfərzadə əlavə edib ki, fərdi proqramda Şəms Ağagüseynova, Azadə Atakişiyeva, Fidan Qurbanlı və Nur Sadıqova çıxış edəcəklər: "Onların hər biri çoxnövçülük üzrə finala yüksəlmək və ayrı-ayrı növlərdə özünü göstərmək potensialına malikdirlər. Əlbəttə, medal gözləyirik".

Vüqar Vüqarlı

İdman.biz