Azərbaycan gimnastından Slovakiya millisinə təlim - FOTO

Xəbərlər
5 Sentyabr 2025 16:22
45
Azərbaycan gimnastından Slovakiya millisinə təlim - FOTO

Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvü və məşqçisi Ağasif Rəhimov Slovakiyaya dəvət olunub.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Slovakiya Gimnastika Federasiyasının təşəbbüsü ilə o, ölkə millisinin gimnastları üçün təlimlər keçib.

Təlimlər 6 gün davam edib.

İdman.biz