Dünya Oyunlarının gümüş mükafatçıları Vətənə qayıdıblar - FOTO

Xəbərlər
18 Avqust 2025 13:39
49
Dünya Oyunlarının gümüş mükafatçıları Vətənə qayıdıblar - FOTO

Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında aerobika üzrə uğurla çıxış edən gimnastlarımız Mədinə Mustafayeva və Vladimir Dolmatov Vətənə qayıdıblar.

İdman.biz xəbər verir ki, idmançıları Heydər Əliyev Hava Limanında ailə üzvləri, yaxınları və idman ictimaiyyətinin nümayəndləri qarşılayıblar.

Gimnastlarımız qarışıq cütlük yarışlarında 19,750 xalla gümüş medal qazanıblar.

İdman.biz