"Bu, Universiadanın ilk medalıdır".
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu qrup hərəkətləri komandanın məşqçisi Elnarə Hüseynova jurnalistlərə açıqlamasında deyib
"Qrup hərəkəti komandasının ilk dəfə universiadada çıxış edir. İlk dəfə çıxış etdiyimiz yarışda qızıl medal qazandığımız üçün hamını təbrik edirəm. Biz dünya çempionatına hazırlıq mərhələsi prosesindəyik. Avqustun sonunda nüfuzlu yarışda iştirak edəcəyik".
Qeyd edək ki, Azərbaycan yığması Almaniyada keçirilən Universiadada ilk medalını qazanıb. Qrup hərəkətləri komandası çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
İdman.biz