Avropa çempionatının keçiriləcəyi şəhər bəlli olub

Xəbərlər
14 İyul 2025 13:00
44
Avropa çempionatının keçiriləcəyi şəhər bəlli olub

Avropa Gimnastikası (EG) gələn il üçün “bədii gimnastlar” arasında qitə çempionatının keçiriləcəyi yeri açıqlayıb.

İdman.biz xəbər verir ki, Avropa çempionatı Bolqarıstanın Varna şəhərində təşkil ediləcək.

Yarış mayın 27-31-də baş tutacaq.

Qeyd edək ki, Bakı gələn il aprelin 30-dan mayın 3-dək daha bir turnirə - Avropa Kubokuna ardıcıl üçüncü dəfə ev sahibliyi edəcək.

İdman.biz