Selcan Mahsudova Portuqaliyada finala yüksələ bilməyib

Xəbərlər
7 İyul 2025 14:05
39
Selcan Mahsudova Portuqaliyada finala yüksələ bilməyib

Azərbaycan batutçusu Selcan Mahsudova Koimbrada (Portuqaliya) keçirilən Dünya kubokunda finala yüksələ bilməyib.

İdman.biz xəbər verir ki, olimpiya iştirakçısı təsnifat mərhələsində 9-cu yeri tutaraq yarımfinala yüksəlib.

Bu mərhələdə zəif çıxış edən Selcan 22-ci yerlə kifayətlənərək mübarizədən kənarda qalıb.

Dünya kubokunun qalibi Katerina Erşova (AIN) olub. Anjela Bladtseva (AIN) gümüş, çinli Ksini Fan isə bürünc medal qazanıb.

Mahsudova bu mövsüm Bakıda keçirilən Dünya kubokunun mərhələlərində indiyədək ən yüksək nəticəni göstərərək, beşinci yeri tutub.

İdman.biz