Bakı bulvarında üçüncü beynəlxalq “Gimnastika hamı üçün” tədbiri

Xəbərlər
28 İyun 2025 10:34
40
Bakı bulvarında üçüncü beynəlxalq “Gimnastika hamı üçün” tədbiri

Bu gün Bakı bulvarında üçüncü beynəlxalq “Gimnastika hamı üçün” tədbiri start götürür.

İdman.biz xəbər verir ki, yaş və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq bütün insanları bir araya gətirəcək festivalda beş ölkədən 48 komanda iştirak edəcək.

Yarışçılar iki yaş qrupunda çıxış edəcəklər - 50 yaşa qədər və yuxarı.

Tədbirin əsas məqsədi gimnastikanın yalnız idman növü deyil, həm də sağlam həyat tərzinin təzahürü və əyləncəli fəaliyyət olduğunu göstərməkdir.

İki gün davam edəcək festival çərçivəsində ustad dərsləri, komandaların paradı və müxtəlif əyləncə proqramları təşkil olunacaq.

İdman.biz