Fidan Qurbanlı dünya çempionatının finalına yüksəlib

Xəbərlər
20 İyun 2025 09:09
38
Fidan Qurbanlı dünya çempionatının finalına yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında Azərbaycan gimnastı Fidan Qurbanlı gürzlərlə hərəkətlərdə finala yüksəlib.

İdman.biz xəbər verir ki, o, təsnifat mərhələsində altıncı nəticə göstərərək buna nail olub.

Həlledici çıxış iyunun 22-də baş tutacaq.

Bundan əvvəl daha bir gimnastımız Azadə Atakişiyeva halqa ilə hərəkətlərdə finala yüksəlib.

İdman.biz