Böyük Britaniyanın Birminqem şəhərində batut gimnastikası və tamblinq üzrə dünya yaş qrupları yarışı davam edir.
İdman.biz bildirir ki, batut gimnastikasında Azərbaycan cütlüyü İbrahim Mustafazadə və Ammar Baxşaliyev sinxron proqramda finala vəsiqə qazanıb.
İdmançılarımız həmçinin gənclər arasında keçirilən 1-ci dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
İdman.biz