Gimnastlarımız Avropa çempionatına başlayıblar – YENİLƏNİB

Xəbərlər
4 İyun 2025 17:06
73
Gimnastlarımız Avropa çempionatına başlayıblar – YENİLƏNİB

Bu gün Estoniyanın paytaxtı Tallində bədii gimnastika üzrə Avropa çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, ilk gündə qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət komandalar çıxış ediblər.

Azərbaycanın qrup komandası – Nəzrin Abdullayeva, Röya Əlikişiyeva, Ayan Nəsirova, Şəms Müvəffəqi və Nəzrin Salmanlı – beş halqa və beş cüt gürz ilə olmaqla iki kompozisiya ilə çıxış edib.

Gimnastlar hər iki çıxışa görə ümumilikdə 40,400 xal toplayaraq çoxnövçülükdə 13-cü yeri tutublar.

Onlar növlər üzrə finallara da vəsiqə qazana bilməyiblər. Halqa ilə hərəkətlər üzrə ilk "8-liy"ə düşmək üçün onlara cəmi iki pillə çatmayıb – gimnastlarımız 10-cu yerlə kifayətləniblər.

***

09:08

Bu gün Estoniyanın paytaxtı Tallinndə bədii gimnastika üzrə Avropa çempionatı start götürür.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması yarışda tam heyətlə təmsil olunacaq.

İlk gündə gənclərdən ibarət komandamız qrup hərəkətlərində mübarizə aparacaq. Onlar həm çoxnövçülükdə, həm də fərdi yarışlarda güclərini sınayacaqlar. Nəzrin Abdullayeva, Röya Əlikişiyeva, Ayan Nəsirova, Şəms Müvəffəqi və Nəzrin Salmanlıdan ibarət Azərbaycan qrupu iki hərəkətlə - beş halqa və beş cüt gürzlə çıxış edəcək.

Qeyd edək ki, iyunun 8-də başa çatacaq Avropa çempionatında 39 ölkənin gimnastları iştirak edəcək.

İdman.biz