Azərbaycanın akrobatika üzrə millisi Burqasda keçirilən Dünya kubokunda üç gümüş medal qazanıb.
İdman.biz xəbər verir ki, kişilərin duetində Daniel Abbasov və Murad Rəfiyev ikinci yeri qazanıblar.
Qarışıq cütlüklərin yarışında Milana Əliyeva və Sabir Ağayev fəxri kürsüyə qalxıblar.
Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaixidən ibarət kişilər qrupu da gümüş medal əldə edib.
Finalda çıxış edən Nəzrin Zeyniyeva, Anaxitə Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadın triomuz isə 6-cı yerlə kifayətləniblər.
Qeyd edək ki, Dünya kubokunda 12 ölkədən 500-ə yaxın akrobat iştirak edib.
İdman.biz