“9 noyabr Azərbaycanda Bayraq Günüdür, 10 noyabr isə tamblinq Günü olacaq”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycanın tamblinq yığmasının üzvü Tofiq Əliyev deyib.
Dünya çempionatında qızıl medal qazanmaqla tarix yazan gimnast qələbələrini şərh edib. O bildirib ki, həlledici çıxışdan əvvəl çox təmkinli olublar. Dünya çempionu Azərbaycanın sonda Böyük Britaniya ilə bərabərə qalmasına da münasibət bildirib: “Bu, mənim üçün vacib bir an idi. Siz təzyiqdən danışırsınız, amma bu, mənə daha çox güc verdi. Bu hissləri bəyəndim. Çətin olmadı və mən çox sakit idim”.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan yığması Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Elnur Məmmədovdan ibarət heyət bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksəl pilləsində yer alıb.
Zəki Feyzullayev
İdman.biz