Bakıda Avropa kuboku başlayır

Xəbərlər
1 May 2025 09:36
244
Bakıda Avropa kuboku başlayır

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa kuboku start götürür.

İdman.biz xəbər verir ki, turnirin ilk günündə fərdi yarışlar keçiriləcək.

Böyüklər çoxnövçülüyün təsnifatı çərçivəsində halqa və topla çıxışlar edəcəklər.

Fərdi yarışda Azərbaycanı Gövhər İbrahimova və Zöhrə Cəfərova təmsil edəcəklər.

Qeyd edək ki, Avropa kubokunda ümumilikdə 25 ölkədən 175 gimnast mübarizə aparacaq.

İdman.biz