Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Lalə Kramarenko nə vaxt xalçaya qayıdır? - İdman və Biz

Lalə Kramarenko nə vaxt xalçaya qayıdır?

Xəbərlər
22 Aprel 2025 12:25
408
Lalə Kramarenko nə vaxt xalçaya qayıdır?

Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lalənin durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bunu bədii gimnastika üzrə Rusiya millisinin Tatyana Sergeyeva açıqlayıb.

O, zədə üzündən komandadan ayrı düşən Avropa çempionunun xalça üzərinə dönəcəyi ilə bağlı fikirlərini bölüşüb: “Lalə bərpa dövrü keçir. Əlbəttə ki, biz onun idmana uğurlu qayıdışına ümid edirik. Onun dönüş vaxtı hələ müəyyənləşməyib. Amma biz prosesi izləyirik və hər mərhələdə ona dəstək oluruq”.

Qeyd edək ki, 20 yaşlı idmançı ötən ilin iyulunda menisk əməliyyatına məruz qalıb.

İdman.biz