İlin sonunadək Azərbaycan Gimnastika Federasiyası müxtəlif növlər üzrə daha üç daxili yarış keçirəcək.
İdman.biz xəbər verir ki, bunlardan biri noyabrın 30-dan dekabrın 1-dək Milli Gimnastika Arenasında keçiriləcək idman gimnastikası üzrə ölkə çempionatı və Bakı birinciliyi olacaq.
Daha sonra dekabrın 8-nə nəzərdə tutulan tamblinq üzrə Azərbaycan çempionatı və şəhər birinciliyi keçiriləcək.
Dekabrın 10-da isə Bakı Olimpiya Kompleksində batut üzrə ölkə çempionatı və paytaxt birinciliyi təşkil olunacaq.
Nicat Zəkiyev
İdman.biz