Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Azərbaycan gimnastları Avropa çempionatına qatılacaqlar - İdman və Biz

Azərbaycan gimnastları Avropa çempionatına qatılacaqlar

Xəbərlər
6 Mart 2025 20:08
158
Azərbaycan gimnastları Avropa çempionatına qatılacaqlar

Avropa Gimnastikası bədii gimnastika üzrə qitə çempionatının ilkin rəqəmlərini açıqlayıb.

İdman.biz xəbər verir ki, yarış 39 ölkədən idmançıların iştirakı ilə iyunun 4-8-də Estoniyanın paytaxtı Tallinndə keçiriləcək.

Böyüklərin yarışında 224, yeniyetmələr arasında isə 130 gimnast mübarizə aparacaq.

Qrup komandalarının mübarizəsinə isə 19 böyük və 22 yeniyetmə kollektiv qatılacaq.

Azərbaycan millisinin heyətində ümumilikdə 16 gimnast yer alacaq ki, onların da adlara daha sonra açıqlanacaq.

İdman.biz