Dünya çempionu Bakıdakı Dünya kubokunda

Xəbərlər
28 Fevral 2025 18:05
101
Dünya çempionu Bakıdakı Dünya kubokunda

Yaponiyanın idman gimnastikası komandası martın 6-9-da Bakıda keçiriləcək Dünya kuboku üçün heyətini açıqlayıb.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında altı yaponiyalı idmançı çıxış edəcək.

Heyətdə Kenta Çiba, Kazuki Matsumi, Tsuyoshi Haseqava, Haruka Nakamura, Ayu Tokutsugi və Rina Kişi yer alıb. Onlardan Çiba Yaponiya millisi ilə iki il əvvəl Belçikada komanda yarışında dünya çempionu olub.

Dünya kubokunda 15 ölkədən gimnastlar mübarizə aparacaq.

İdman.biz

Məqalədə: