FIG: "Hacızadə finalda qüsursuz çıxış edib"

Xəbərlər
25 Fevral 2025 11:18
118
FIG: "Hacızadə finalda qüsursuz çıxış edib"

“Milli Gimnastika Arenasında kişilər arasında tamblinq üzrə final yarışında Azərbaycan idmançılarının mübarizə aparması azarkeşlərin böyük sevincinə səbəb olub”.

İdman.biz xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası (FIG) Adil Hacızadə ilə Tofiq Əliyevin Dünya kubokunda qələbə uğrunda yarışını belə şərh edib.

Qızıl medal uğrunda mübarizənin nəticəsi ən sonda müəyyənləşib. FIG saytı xatırladır ki, Adil Hacızadə və Tofiq Əliyev 2023-cü ildə dünya çempionluğunu qazanan komandanın heyətində olublar: "Amma Dünya kubokunda yalnız fərdi yarışda qalib adı uğrunda mübarizə getdiyindən hər iki idmançı fərqlənmək istəyib. Əliyev finalda iki proqramın birincisindən sonra liderlik etsə də, ikinci çıxışında Hacızadə kimi uğurlu olmayıb. Adil isə qüsursuz çıxış edib - 29.400 xalla qızıl medal qazanıb. Hacızadə Əliyevi 0,3 xal qabaqlayıb. Sergey Finiçenko (neytral idmançı) isə bürünc medal qazanıb".

İdman.biz