Azərbaycanlı tamblinq ustaları Adil Hacızadə və Tofiq Əliyev Dünya kubokunun final mərhələsinə yüksəliblər.
İdman.biz xəbər verir ki, ötənilki Dünya kubokunun gümüş mükafatçısı Hacızadə 55.500 xalla təsnifat mərhələsinin lideri olub.
Əliyev isə ikinci nəticəni göstərib: Avropa çempionatının gümüş mükafatçısı 53.700 xal toplayıb.
ABŞ, Qazaxıstan, Ukraynadan olan tamblinqçilər və neytral bayraq altında yarışan idmançılar da finala yüksəliblər.
İdman.biz