Qubada bədii gimnastika üzrə ölkə çempionatının rəngarəng açılış mərasimi – FOTO

Xəbərlər
27 Oktyabr 2023 11:50
134
Qubada bədii gimnastika üzrə ölkə çempionatının rəngarəng açılış mərasimi – FOTO

Bu gün Qubada bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatına yekun vurulacaq.

İdman.biz xəbər verir ki, yarışda fərdi yarışlarda 122, qrup hərəkətlərində isə doqquz komanda iştirak edir.

Olimpiya kompleksində yarış 2013-2015-ci il təvəllüdlü yeniyetmələr, yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) arasında keçirilir. İştirakçılar öz yaş kateqoriyaları üzrə çoxnövçülük yarışlarında çıxış edirlər.

Yarışda “Ocaq Sport” klubunun gimnastları, Olimpiya Ehtiyatları Gimnastika Məktəbinin, Respublika İdman Məktəbinin, “Greys” klubunun, Su İdmanı Mərkəzinin, “Zabrat” klubunun, Zirə Mədəniyyət Mərkəzinin idmançıları, Şamaxı, Zaqatala, Gəncə, Göyçaya , Lənkəran, Massala, Qusar, Şirvan, Şəmkir və Naxçıvan gimnastları iştirak edirlər.

Ötən axşam Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun iştirak etdiyi yarışın açılış mərasimi olub. O, iştirakçılara uğurlar arzulayıb. Sonra nümunəvi çıxışlar olub.

Nicat Zəkiyev

İdman.biz