Nurlana Məmmədzadə: “Ölkə çempionatının Qubada keçirilməsinə şadıq”

Müsahibə
26 Oktyabr 2023 13:34
149
Nurlana Məmmədzadə: “Ölkə çempionatının Qubada keçirilməsinə şadıq”

“Quba Olimpiya İdman Kompleksi ilk dəfə bədii gimnastları qəbul edir, biz burada olmaqdan şadıq”.

Bunu İdman.biz saytına Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.

O, müxtəlif bölgələrdə getdikcə daha çox yarışların keçirildiyini, bunun bariz nümunəsi kimi bu gün Qubada start götürən ölkə birinciliyini qeyd edib.

Məmmədzadə bildirib ki, rayonlarda bədii gimnastika bölmələrinin sayı artır: “Federasiya əvvəllər regionlarda - Qusar, Şəki, Mingəçevirdə turnirlər keçirib, ötən ay isə Naxçıvanda beynəlxalq turnir təşkil olunub. Bundan əlavə, rayonlarda bədii gimnastika bölmələrinin sayı artır ki, bu da bu növə marağın olduğunu göstərir. Ölkənin müxtəlif bölgələrində çempionat və birinciliklərimizi bundan sonra da keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, bu gün Qubada start götürən bədii gimnastika üzrə Azərbaycan birinciliyinə sabah yekun vurulacaq.

Zəki Feyzullayev

İdman.biz