Hakimlərimiz qitələrarası kurslarda yüksək nəticə göstəriblər - FOTO

Xəbərlər
11 Dekabr 2024 11:10
145
Hakimlərimiz qitələrarası kurslarda yüksək nəticə göstəriblər - FOTO

Akrobatika və idman gimnastikası üzrə hakimlərimiz İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası referelik kurslarında yüksək nəticə göstəriblər.

İdman.biz xəbər verir ki, bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kurslarda ölkəmizi 4 hakim təmsil edib:

1. Əhməd Ağayev - kateqoriya 1 (idman gimnastikası)
2. Rza Əliyev - kateqoriya 2 (idman gimnastikası)
3. Durdanə Əhmədova - kateqoriya 3 (akrobatika gimnastikası)
4. ⁠Arif Feyziyev - kateqoriya 3 (parkur)

Qeyd edək ki, kurslar dekabrın 1-8-də keçirilib.

İdman.biz

Məqalədə: