Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 21-ci ildönümünü qeyd edir

Xəbərlər
7 Oktyabr 2023 09:49
209
Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 21-ci ildönümünü qeyd edir

Bu gün Azərbaycan Gimnastika Federasiyası (AGF) yenidən qurulmasının 21-ci ildönümünü qeyd edir.

İdman.biz xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın 2002-ci il oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə uğurlu inkişafın əsası qoyulub.

Mehriban xanım Əliyevanın federasiyaya rəhbərlik etdiyi müddət ərzində Azərbaycanda idmanın bu növünün inkişaf mərhələsi başlayıb, beynəlxalq əlaqələr qurulub, yüksək nailiyyətlər qazanılıb.

İdman.biz