Rusiyanın Stavropol şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib.
İdman.Biz xəbər verir ki, yarışda Azərbaycan gimnastları uğurlu nəticə göstəriblər. Tamblinq proqramında Mixail Malkin fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər təmsilçimiz Adil Hacızadə isə gümüş medal qazanıb. Beləliklə, Azərbaycan idmançıları Stavropol turnirini iki medalla başa vurublar.
