Azərbaycan Zaqrebdə Avropa Gimnastikasının təşkilatçılığı ilə “İdman həftəsi”ndə - FOTO

Xəbərlər
3 Oktyabr 2023 22:17
122
Azərbaycan Zaqrebdə Avropa Gimnastikasının təşkilatçılığı ilə “İdman həftəsi”ndə - FOTO

Xorvatiya paytaxtı Zaqrebdə Avropa Gimnastikasının təşkilatçılığı ilə gimnastika hamı üçün növü üzrə “İdman həftəsi” keçirilib.

İdman.biz saytı xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 1-dək davam edən tədbirdə 12 ölkədən 30 iştirakçı təmsil olunub.

Tədbirdə ölkəmizi gimnastika hamı üçün növü üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, Avropa Gimnastikasının gimnastika hamı üçün növü üzrə Texniki Komitəsinin üzvü Ruslan Eyvazov, xoreoqraf İldırım Mirməmmədov, məşqçilər Humay Qafarova və Elnarə Sabitova təmsil ediblər. Tədbir çərçivəsində yerli mütəxəssislərimiz tərəfindən iştirakçılar üçün gimnastika hamı üçün növü üzrə nəzəri və təcrübi məşğələlər, eləcə də xoreoqrafiya üzrə ustad dərsləri keçirilib.

İdman.biz