Azərbaycan akrobatları Dünya Kubokunda ümumi hesabda qalib gəlib

Xəbərlər
6 İyun 2024 13:38
111
Azərbaycan akrobatları Dünya Kubokunda ümumi hesabda qalib gəlib

Akrobatika üzrə Azərbaycan yığmasının iki cütlüyü Dünya Kubokunun qalibi olub.

İdman.biz xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası Polşanın Rjeşov şəhərində keçirilən mərhələdən sonra seriyanın yekun nəticələrini hesablayıb.

Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlərin yarışında hamını qabaqlayıblar. Cütlük mükafatçısı olduğu üç turnirin nəticəsinə əsasən ümumilikdə 85 xal toplayıb. Təmsilçilərimiz Ukrayna cütü İvan Labunets və Efrosinya Krivitskayanı 10 xal qabaqlayıblar.

Kişilərin sıralamasında Daniel Abbasov və Murad Rəfiyev dünya kubokunda qalib gəliblər. Onlar Burqas, Maya və Rjeşov mərhələlərinin mükafatçıları ümumilikdə 75 xal toplayıblar. Azərbaycan cütlüyü qazaxıstanlı Daniel Dil və Vadim Şulyarı 20 xal qabaqlayıb.

İdman.biz

Məqalədə: