“Gimnastika Hamı üçün”: master-klaslara start verilib

Xəbərlər
2 İyun 2024 13:39
406
“Gimnastika Hamı üçün”: master-klaslara start verilib

Dənizkənarı Bulvarda “Gimnastika Hamı üçün” 2-ci beynəlxalq “Challenge” davam edir.

İdman.biz xəbər verir ki, bu gün gimnastikanın müxtəlif növləri üzrə master-klaslara start verilib.

Tədbirlər İdman Sarayının yaxınlığında və “Crystal Hall”da keçirilir. Axşam saatlarında isə iştirakçılar arasında qala-şou təşkil olunacaq.

“Gimnastika Hamı üçün” festivalında minə yaxın iştirakçı öz bacarığını nümayiş etdirir. Tədbirdə 4 ölkə və Azərbaycanın müxtəlif bölgələrindən 60-a yaxın komandanın üzvləri təmsil olunur.

İştirakçılar iki – 50 yaşadək və daha yuxarı kateqoriyaları üzrə çıxış edirlər. Məqsəd gimnastikanın insanlar arasında sağlam həyat tərzinə çevrilməsi və populyarlaşmasına nail olmaqdır.

İdman.biz