Gimnastika üzrə Avropa çempionatı start götürür

Xəbərlər
22 May 2024 10:31
121
Gimnastika üzrə Avropa çempionatı start götürür

Bu gün Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, ilk yarış günündə yeniyetmələr mübarizə aparacaq.

Onlar halqa, top, gürzlər və lentlə hərəkətdə finala vəsiqələr uğrunda yarışacaq. Azərbaycan idmançıları Gövhər İbrahimova, Şəms Agahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı öz bacarığını göstərəcək. Onların nəticələri komanda yarışında da nəzərə alınacaq.

Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 203-ü böyük, 99-u yeniyetmə olmaqla 302 gimnast iştirak edir. Yarışda qrup hərəkətləri üzrə 19 komanda da qüvvəsini sınayacaq. Qitə çempionatı Olimpiada ərəfəsində sonuncu lisenziya yarışıdır.

İdman.biz

Məqalədə: