Batut gimnastlarının Şəki toplanışı başlayıb

Xəbərlər
18 May 2024 15:05
77
Batut gimnastlarının Şəki toplanışı başlayıb

Batut gimnastikası üzrə Azərbaycan millisi mövsümün ikinci yarısına hazırlığa başlayıb.

İdman.biz xəbər verir ki, Vladimir Şulikinin rəhbərlik etdiyi komanda Şəki Olimpiya Kompleksində hazırlıq keçir.

Toplanışda olimpiya lisenziyası qazanan Selcan Mahsudova da iştirak edir. Müxtəlif yaş qrupları üzrə çıxış edən gimnastlar da yığmanın hazırlığına qatılıb.

İdman.biz

Məqalədə: