Avropa çempionatının təqvimi açıqlanıb

Xəbərlər
17 May 2024 15:29
96
Avropa çempionatının təqvimi açıqlanıb

Avropa Gimnastikası (EG) mayın 22-26-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının təqvimini açıqlayıb.

İdman.biz xəbər verir ki, yarışda 40 ölkədən 203 böyük və 99 yeniyetmə gimnast mübarizə aparacaq.

Turnirdə qrup hərəkətləri üzrə 19 komanda da bacarığını nümayiş etdirəcək. Azərbaycan millisini fərdi yarışlarda Zöhrə Ağamirova, Kamilla Seyidzadə və İlona Zeynalova, qrup hərəkətləri yarışında isə Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Darya Sorokina təmsil edəcəklər. Yeniyetmələrin yarışında Azərbaycan gimnastları Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı xalça üzərinə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı Paris-2024 ərəfəsində sonuncu lisenziya xarakterli yarış olacaq.

İdman.biz

Məqalədə: