Aprelin 12-də Qırğızıstanın paytaxtı Bişkekdə bədii gimnastika üzrə “Kelechek” adlı beynəlxalq turnir start götürəcək.
İdman.biz xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan yığması da iştirak edəcək.
Xalçaya bədii gimnastika üzrə məşqçi Valentina Ukleynanın rəhbərliyi altında gənc gimnastlar - Zəhra Cəfərova, Mədinə Abbaslı və Şəms Müvəffəqi çıxacaqlar.
Qeyd edək ki, yarışda hakim Dilbər İbrahimova da ölkəmizi təmsil edəcək.
İdman.biz
 
         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    