Fərid Qayıbova Portuqaliyada medal təqdim olunub - FOTO

Xəbərlər
6 Aprel 2024 17:52
Fərid Qayıbova Portuqaliyada medal təqdim olunub - FOTO

Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov Portuqaliya Gimnastika Federasiyasının medalı ilə təltif olunub.

İdman.biz xəbər verir ki, təltifetmə mərasimi Gimarayeşdə keçirilən Avropa çempionatı zamanı baş tutub.

Bu mükafat Qayıbova son illərdə Avropa gimnastikasındakı xidmətlərinə görə verilib. Medalı Portuqaliya federasiyasının prezidenti Luiş Arraiş və vitse-prezidenti Joau Oliveyra təqdim ediblər.

İdman.biz