Mixail Malkin: "Dostlarım deyir ki, şərhləri oxuma" - VİDEO

Müsahibə
2 Aprel 2024 09:00
278
Mixail Malkin: "Dostlarım deyir ki, şərhləri oxuma" - VİDEO

"Biləcəridə doğulmuşam. Ətrafım hamısı azərbaycanlılardır".

Bunu “İdman Bizdə”nin qonağı olan tamblinq üzrə ikiqat dünya çempionu Mixail Malkin deyib.

28 yaşlı gimnast onu legioner adlandıranların cavabını verib: "Uğurlarım haqqındakı xəbərlərin şərhində yazırlar ki, yenə gəlmə idmançı qalib olub. Mən də özüm onlara Azərbaycan dilində cavab yazıram ki, azərbaycanlıyam. Eləsi olur ki, şəxsi profilimə yazır ki, bilmirdik belə təmiz Azərbaycan dilində danışırsınız. Dostlarım deyir ki, şərhləri oxuyub, əhvalını korlama. Bunun bir mənası yoxdur".

Aytac Sahəd
İdman.biz