Gimnastika hamı üçün kollokviumunda Azərbaycanla bağlı təqdimat

Xəbərlər
26 Mart 2024 20:14
99
Gimnastika hamı üçün kollokviumunda Azərbaycanla bağlı təqdimat

Martın 20-22-də Braziliyanın Arakaju şəhərində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) təşkilatçılığı ilə gimnastika hamı üçün növü üzrə kollokvium keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan milli komandasının baş məşqçisi, Avropa Gimnastikasının gimnastika hamı üçün növü üzrə Texniki Komitəsinin üzvü, Ruslan Eyvazov təmsil edib.

Tədbirdə Ruslan Eyvazovun gimnastika hamı üçün növünün Azərbaycanda inkişaf tarixi barədə təqdimatı nümayiş olunub.

Kollokviumda həmçinin bu növün gələcək inkişafı və təcrübə mübadiləsi perspektivləri müzakirə olunub, qarşıda keçiriləcək tədbirlər barədə məlumat verilib, praktiki məşğələlər təşkil edilib.

Qeyd edək ki, toplantıda 39 ölkədən 61 nümayəndə iştirak edib.

İdman.biz