Azərbaycan gimnastikasında ilk - batutçumuz Paris-2024-ə lisenziya qazanıb

Xəbərlər
25 Mart 2024 13:33
361
Azərbaycan gimnastikasında ilk - batutçumuz Paris-2024-ə lisenziya qazanıb

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, bu, ölkə gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.

Bununla da gimnastika millimizin Paris-2024-ə qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib.

Qeyd edək ki, bədii gimnastımız Zöhrə Ağamirova da ötən il Paris-2024-ə lisenziyaya sahib olub.

İdman.biz

Məqalədə: