“Ocaq Sport”un “Novruz Ocağı”

Xəbərlər
19 Mart 2024 18:46
115
“Ocaq Sport”un “Novruz Ocağı”

Bakı Olimpiya Kompleksində “Novruz Ocağı” adı ilə bayram şənliyi tədbiri keçirilib.

İdman.biz xəbər verir ki, tədbir “Ocaq Sport” idman klubunun təşkilatçılığı ilə baş tutub.

Novruz qəhrəmanları Keçəl və Kosanın iştirakı ilə tamaşaçılar arasında müxtəlif oyunlar təşkil olunub. Onlar batutda tullanaraq, nümunəvi çıxışlar nümayiş etdiiblər.

Azərbaycan gimnastikasının müxtəlif növləri üzrə idmançılar milli geyimlərdə çıxış edərək, tamaşaçılara maraqlı anlar yaşadıblar.

Novruz Bayramı tədbirində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva iştirak ediblər.

İdman.biz