Bədii gimnastika üzrə "Grace of Nature" beynəlxalq turniri keçiriləcək

Xəbərlər
7 Sentyabr 2023 16:02
75
Bədii gimnastika üzrə "Grace of Nature" beynəlxalq turniri keçiriləcək

Sentyabrın 21-i və 22-də qədim tarixə və zəngin mədəniyyətə malik Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə "Grace of Nature" beynəlxalq turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, bölgədə təşkil olunacaq ilk beynəlxalq yarış çərçivəsində Naxçıvan Olimpiya İdman Kompleksi gimnastikanın ən zərif növünün kiçikyaşlı, yeniyetmə və gənc təmsilçilərini qonaq edəcək.

İdman.biz