Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək

Xəbərlər
10 Dekabr 2025 20:15
49
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək

13-14 dekabr tarixlərində paytaxtda “Aerobika gimnastikası üzrə 9-cu Bakı çempionatı, akrobatika gimnastikası üzrə 30-cu ölkə çempionatı və Bakı birinciliyi” baş tutacaq.

İdman.Biz bildirir ki, yarış Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək.

Turnirdə ölkənin aerobika və akrobatika gimnastikası üzrə ən istedadlı gimnastları bir araya gələcəklər. Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq müxtəlif proqramlarda çıxış edəcəklər.

İdman.Biz