Gimnastımız "AGF Trophy" kubokuna yiyələnib

Xəbərlər
10 Mart 2024 13:49
145
Gimnastımız "AGF Trophy" kubokuna yiyələnib

Bakıda təşkil olunan idman gimnastikası üzrə Dünya kubokunda fərqlənən idmançılara AGF Trophy kuboku təqdim edilib.

İdman.biz xəbər verir ki, turnirin təsnifat mərhələsində ən yüksək icra xalı toplayan idmançılar mükafatlandırılıb.

Kişilər arasında kuboka Azərbaycan milli komandasının gimnastı İvan Tixonov layiq görülüb. Qadınların yarışında AGF Trophy kuboku çinli Siu Duya təqdim edilib.

Qeyd edək ki, Dünya kubokuna bu gün yekun vurulacaq.

İdman.biz