Yığmanın məşqçisi: “Dünya kubokundan hər şeyin yaxşı olacağına inanırıq”

Xəbərlər
6 Mart 2024 10:56
166
Yığmanın məşqçisi: “Dünya kubokundan hər şeyin yaxşı olacağına inanırıq”

“Məşqlərimiz yüksək səviyyədə gündə 2 dəfə olmaqla keçirilir”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın kişi gimnastikası üzrə yığmanın məşqçisi Eldar Səfərov Bakıda keçiriləcək idman gimnastika üzrə Dünya kuboku öncəsi açıq məşqdə deyib.

O bildirib ki, bu, komandanın iştirak edəcəyi Dünya Kubokunda üçüncü mərhələdir: “Daha öncə Almaniyada keçirilən yarışda Nikita Simonov halqalarla hərəkətdə qızıl medal qazanıb. İdmançılarımıza bu dəfə də inanırıq. Əlimizdən gələni edirik ki, bu yarışda yüksək nəticələrə imza ataq. Dünya kubokunda 67 ölkədən olan idmançı mübarizə aparacaq. Bu səbəbdən çətin yarış olacaq. Amma hər şeyin yaxşı olacağına inanırıq. Nikita Simonovdan halqalarda lisenziyanı təmin edəcəyinə ümid edirik. Dünya kubokuna Dohada yekun vurulacaq”.

Qeyd edək ki, 5 gimnastla təmsil olunacağımız yarış martın 7-də başlayacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: