Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə sabiq azərbaycanlı karateçi, hazırda Fövqəladə Hallar Nazirliyinin idman cəmiyyətinin rəhbəri olan, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti və FHN-nin polkovniki Füzuli Musayev “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenə layiq görülüb.
İdman.Biz xəbər verir ki, bu barədə sərəncam Prezident.Az saytında dərc edilib.
Qeyd edək ki, Gəncədə anadan olan Füzuli Musayev karate üzrə 8-ci dan qara kəmərin sahibidir. O, daha əvvəl “Tərəqqi” medalı ilə təltif olunub, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi, əməkdar idman ustası adlarını daşıyır.
Füzuli Musayev eyni zamanda karate üzrə dünya və Avropa çempionudur.
