Mariana Vasileva: “Bakıda gimnastika mövsümünü vacib yarışla açırıq” - FOTO

Xəbərlər
23 Fevral 2024 12:36
145
Mariana Vasileva: “Bakıda gimnastika mövsümünü vacib yarışla açırıq” - FOTO

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, mərasim yarışın təşkil edildiyi Milli Gimnastika Arenasında baş tutub.

Tədbir iştirakçı ölkələrin paradı ilə başlayıb.

Ardınca gənclər və idman nazirinin müavini Mariana Vasileva qonaqları Bakıda görməkdən məmnunluq ifadə edib: "Biz gimnastika mövsümün vacib yarışla açırıq. Bu da Olimpiadaya təsnifat üçün vacib mərhələdir. Bakıya 32 komanda gəlib və gərgin rəqabət gözlənilir. Azərbaycan 7-ci dəfədir ki, bu turniri qəbul edir”.

Vasileva əldə olunan nailiyyətlərə və idmana göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

Bütün idmançılara uğurlar arzulayan nazir müavini daha sonra Dünya Kubokunu açıq elan edib.

Qeyd edək ki, bu gün start götürən yarış fevralın 25-də başa çatacaq.

İdman.biz