Afrika çempionu mövsümə hazırlıq üçün Bakını seçib - FOTO

Xəbərlər
9 Yanvar 2024 16:14
145
Afrika çempionu mövsümə hazırlıq üçün Bakını seçib  - FOTO

Bədii gimnastika üzrə ikiqat Afrika çempionu Luan Qomez mövsümə Bakıda hazırlaşır.

İdman.biz xəbər verir ki, anqolalı gimnast artıq Milli Gimnastika Arenasında təlim-məşq toplanışına başlayıb.

Növbəti həftədə ona müxtəlif kompozisiyaların hazırlanmasında Azərbaycan millisinin məşqçisi də kömək edəcək.

Qomezin bu il Dünya Kubokunun mərhələ yarışlarında iştirakı gözlənilir.

Qeyd edək ki, gimnast Afrika çempionatında 11 dəfə (2 qızıl, 2 gümüş və 7 bürünc) fəxri kürsüyə yüksəlib.

İdman.biz

Məqalədə: