Gimnastlar yubiley münasibətilə mükafatlandırılıb - FOTO

Xəbərlər
29 Dekabr 2023 09:14
Gimnastlar yubiley münasibətilə mükafatlandırılıb - FOTO

Azərbaycan Gimnastika Federasiyasının (AGF) rəsmiləri, məşqçiləri və idmançıları Dövlət Sərhəd Xidməti tərəfindən təltif olunub.

İdman.biz xəbər verir ki, onlar “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubileyi münasibətilə baş tutan görüşdə mükafatlandırılıblar.

AGF-in İcra Komitəsinin üzvü Mariana Vasileva, bədii gimnastika üzrə yığma komandanın məşqçiləri Siyana Vasileva, Yevgeniya Vilyayeva, Nigar Abdusalimova, fərdi gimnast Zöhrə Ağamirova, qrup hərəkətləri üzrə yığma komandanın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina yubiley medalı ilə təltif ediliblər.

İdman.biz