Aerobika gimnastikası üzrə Avropa çempionatının qızıl medalçısı, Azərbaycanın Milli Gimnastika komandasının üzvü Mədinə Mustafayeva mətbuat nümayəndələrinə müsahibə verib.
İdman.Biz "Report"a istinadən xəbər veririr ki, o, komanda yoldaşı ilə birlikdə qızıl medala sahib olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyib.
"Sevincimin həddi-hüdudu yoxdur. Həqiqətən, çətin günlərimiz çox olub, zədələrimiz, ağrılarımız olub. Dünya çempionatında medallarımız vardı, Avropa çempionatında bu ilkdir, özü də qızıl. Bizə dəstək olan hər kəsə təşəkkür edirik", - gimnast deyib.
Qeyd edək ki, Mədinə Mustafayeva və Vladimir Dolmatov çütlükdə çıxış edərək aerobika gimnastikası üzrə Avropa çempionu olublar.
16:30
Milli komandamızın üzvləri Mədinə Mustafayeva və Vladimir Dolmatov Gəncə şəhərində 14–16 noyabr tarixlərində təşkil olunan Aerobika gimnastikası üzrə Avropa çempionatının finalında çıxış ediblər.
İdman.Biz xəbər verir ki, qarışıq cütlük proqramında yarışan idmançılarımız 19.600 xal toplamaqla bütün rəqiblərini geridə qoyublar və Avropa çempionu adına layiq görülüblər.
Bu qələbə Azərbaycan aerobika gimnastikası tarixinə daha bir mühüm nailiyyət kimi yazılıb.
