İdman gimnastikası üzrə “Rektor Kuboku”nun açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
7 Dekabr 2023 15:38
İdman gimnastikası üzrə “Rektor Kuboku”nun açılış mərasimi keçirilib - FOTO

Dekabrın 7-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idman gimnastikası üzrə “Rektor Kuboku”nun açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasının köməkçi zalında reallaşan tədbirdə əvvəlcə Ulu Öndərin idman sahəsinə verdiyi töhfəni əks etdirən videoçarx nümayiş olunub.

Ardınca Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alan tələbələrdən ibarət “Kəlbəcər”, “Cəbrayıl”, “Ağdam”, “Şuşa”, “Füzuli”, “Xocalı”, “Zəngilan”, “Laçın” və “Xankəndi” komandalarının gimnastları zala dəvət edilib.

Dövlət Himninin səsləndirilməsi ilə davam edən tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra ADBTİA-nın rektoru Fuad Hacıyev çıxış edərək prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə bir çox yarışların uğurla təşkil olunduğunu bildirib.

Rəsmi çıxışdan sonra açılış mərasimi bədii hissə ilə davam etdirilib. Daha sonra “Kəlbəcər”, “Cəbrayıl”, “Ağdam” komandalarının gimnastları sərbəst hərəkətlər, halqalar və müxtəlif hündürlüklü qollarda çıxış ediblər.

İdman.biz