Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında bədii gimnastika üzrə yarışlara yekun vurulub.
İdman.biz xəbər verir ki, Azərbaycanın qrup hərəkətləri komandası daha bir medal qazanıb.
Yığma beş gürzlə hərəkətlərdə bürünc mükafata yiyələnib.
Bununla da Azərbaycan bədii gimnastika millisi Oyunları dördü gümüş, dördü bürünc olmaqla ümumilikdə səkkiz medalla başa vurub.
16:34
Azərbaycan gimnastları III MDB Oyunlarında uğurlarını davam etdirir.
İdman.biz xəbər verir ki, Fidan Qurbanlı gürzlərlə hərəkətlərdə gümüş medal qazanıb, Azadə Atakişiyeva isə lentlərlə hərəkətlərdə ikinci yeri tutub.
Qeyd edək ki, bədii gimnastika yarışları bu gün yekunlaşacaq.
14:44
Azərbaycanın bədii gimnastika üzrə milli komandasının üzvləri III MDB Oyunlarında komanda hesabında bürünc medal qazanıblar.
İdman.biz xəbər verir ki, Nur Sadıqova, Şəms Ağahüseynova, Fidan Qurbanlı və Azadə Atakişiyeva yüksək nəticə göstərərək ümumi sıralamada üçüncü yeri tutublar.
Bundan əvvəl Azadə Atakişiyeva çoxnövçülük yarışında gümüş medala sahib olub.
Qeyd edək ki, bədii gimnastika üzrə yarışlara bu gün yekun vurulacaq.