Azərbaycan gimnastı Dünya Kubokunun ümumi hesab mərhələlərinin qalibi olub - FOTO

Xəbərlər
6 Oktyabr 2025 10:20
57
Azərbaycan gimnastı Dünya Kubokunun ümumi hesab mərhələlərinin qalibi olub - FOTO

Azərbaycanın tamblinq üzrə milli komandasının üzvü Tofiq Əliyev Dünya Kubokunun ümumi hesab mərhələlərinin qalibi olub.

Bu barədə İdman.biz-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Fransanın Antibes şəhərində keçirilən mövsümün son Dünya Kubokunda Tofiq Əliyev 29,200 xalla qızıl, Adil Hacızadə 26,800 xalla bürünc medala sahib çıxıb.

Həmçinin Tofiq Əliyev mövsüm ərzində qazandığı nəticələr və sonuncu yarışı ilk sırada başa vurduğu üçün Dünya Kuboku seriyasının qalibi olub.

İdman.biz