III MDB Oyunları: Azərbaycan gimnastları 1 qızıl, 1 bürünc medal qazanıblar - YENİLƏNİB + FOTO

Xəbərlər
3 Oktyabr 2025 13:15
100
III MDB Oyunları: Azərbaycan gimnastları 1 qızıl, 1 bürünc medal qazanıblar - YENİLƏNİB + FOTO

III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə yarışlar davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan gimnastı Maqsud Mahsudov III MDB Oyunlarında qızıl medal qazanıb.

O, idmançı oğlanların fərdi yarışında bütün rəqiblərini üstələyib.

Belaruslu İvan Litvinoviç (57,06) gümüş, qazaxıstanlı Nikita Tumakov (47,24) isə bürünc medal qazanıb.

Qeyd edək ki, belaruslu İvan Litvinoviç ikiqat Olimpiya çempionudur.

Xatırladaq ki, batut gimnastikasında fərdi yarışlara bu gün yekun vurulacaq.

12:45

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova III MDB Oyunlarında bürünc medal qazanıb.

İdman.biz xəbər verir ki, o, qadınların fərdi yarışında 56,040 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Belaruslu İana Lebedeva 57,710 xalla qızıl, rusiyalı Ancela Bladçeva 57,660 xalla gümüş mükafata sahib çıxıb.

Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara bu gün yekun vurulacaq.

İdman.biz