Baş məşqçi: “Qadın gimnastlar qarşıya qoyulan tapşırığın öhdəsindən gəliblər”

Xəbərlər
1 Oktyabr 2025 20:07
45
Baş məşqçi: “Qadın gimnastlar qarşıya qoyulan tapşırığın öhdəsindən gəliblər”

“Şəki Olimpiya İdman Kompleksi yarışlara çox yaxşı hazırlaşıb. İdmançılar üçün yüksək səviyyədə şərait yaradılıb”.

İdman.biz bildirir ki, bu sözləri AZƏRTAC-a III MDB Oyunları çərçivəsində Şəkidə keçirilən batut gimnastikası üzrə yarışlarda iştirak edən Azərbaycan komandasının baş məşqçisi Vladimir Şulikin deyib.

Baş məşqçi bildirib ki, qadın gimnastların çıxışları artıq başa çatıb və idmançılar qarşıya qoyulan tapşırığın öhdəsindən gələ biliblər.

“Ümid edirəm ki, kişi gimnastlarımız da yaxşı çıxış edəcək və finala vəsiqə qazana biləcəklər”,- deyə məşqçi əlavə edib.

İdman.biz